...

Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb

Dünya xəbərləri Materials 30 İyul 2020 23:49 (UTC +04:00)
Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb

Bakı. Trend:

Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarından mənbə bildirib.

Mənbənin sözlərinə görə, F.Şıxıyev torpaq sahələrinin oğurluğu və satışı ilə məşğul olan cinayətkar dəstə təşkilində şübhəli bilinərək saxlanılıb.

Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb: "İstintaq hərəkətləri davam edir, həbs olunanların sayı arta bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti