Bakı. Trend:
Yaponiyanın Baş naziri Sinzo Abe istefa verib.
Trend-in məlumatına görə, S.Abenin istefa qərarı onun xroniki kolit xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədardır.
2012-ci ildən Yaponiyanın baş naziri işləyən Sinzo Abe bu vəzifədə ən uzun müddət xidmət etmiş şəxs olub. Onun nazirlik səlahiyyətləri 2021-ci ilin sentyabrında başa çatmalı idi.