...

Ermənistanda bir həftə ərzində 46 nəfər spirtli içkidən zəhərlənib

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 15:12 (UTC +04:00)
Ermənistanda bir həftə ərzində 46 nəfər spirtli içkidən zəhərlənib

Bakı. Trend:

Ermənistanda bir həftə ərzində 46 nəfər spirtli içkidən zəhərlənib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, onlardan 17 nəfəri həyatını itirib.

Zəhərlənmə halları Yerevan, Armavir və Kotayk şəhərlərində qeydə alınıb.

İlk zəhərlənmə və ölüm faktları avqustun 31-də baş verib. 9 nəfər Kotaykda, 7 nəfər Yerevanda həyatını itirib.

Xəstəxanalarda 13 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti