...

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikinci yerə çıxıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 11:07 (UTC +04:00)

Bakı. Trend:

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerə çıxıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 90 802 yeni yoluxma qeydə alınıb ki, bu da indiyədək rekord göstərici hesab olunur.

Bu günədək Hindistanda virusa yoluxanların sayı 4 204 163 nəfərə çatıb.

Hindistan yoluxma sayına görə yalnız ABŞ-dan ( 6 275 775 yoluxma) geri qalır.

Həmçinin son sutkada 1 016 nəfər koronavirusun qurbanı olub və ümumi ölənlərin sayı 71 642 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti