...

Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi

Dünya xəbərləri Materials 19 Sentyabr 2020 12:33 (UTC +04:00)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,09 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 065 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 097 251 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 339 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 906 462 nəfər virusdan sağalıb, 171 450 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti