...

Pentaqonun rəhbəri istefa ərizəsini hazırlayıb

Dünya xəbərləri Materials 6 Noyabr 2020 07:14 (UTC +04:00)
Pentaqonun rəhbəri istefa ərizəsini hazırlayıb

Bakı. Trend:

ABŞ müdafiə naziri Mark Esper öz istəyi ilə istefa ərizəsini hazırlayıb.

Trend xəbər verir ki, bu barədə NBC teleşirkəti Pentaqondakı üç mənbəyə istinadən məlumat yayıb.

M.Esperin istefası ilə bağlı son qərarın ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən veriləcəyi bildirilir. Məlumata əsasən, Pentaqon rəhbərinin bu addımı D.Trampın seçkilərdən sonra onu istefaya göndərməyi planlaşdırması ilə bağlıdır.

Xatırladaq ki, avqustun əvvəlində "Bloomberg" agentliyi D.Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə M.Esperi vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti