...

Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib

Dünya xəbərləri Materials 29 Noyabr 2020 02:14 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyasında təxminən 46 min nəfər iştirak edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər..

Məlumata əsasən, Lionda keçirilən anoloji aksiyada 7,5 min nəfər, Bordoda - 6 min nəfər, Strasburqda - 1,5 min nəfər, Lildə - 1,4 min nəfər iştirak edib.

Qeyd edək ki, Parisdə keçirilən aksiya zamanı 46 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti