...

Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 30 Noyabr 2020 04:48 (UTC +04:00)
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb

Bakı. Trend:

Ötən gün Fransada keçirilən "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyasında 98 polis əməkdaşı xəsarət alıb.

Trned-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" hesabında ölkənin daxili işlər naziri Jerald Darmanen yazıb.

Nazir bildirib: "Yekun məlumatlar: 98 polis və jandar xəsarət alıb. Mən onlara tam dəstəyimi ifadə edirəm. Bu hadisələrdə günahkar olanlar cavab verməlidirlər". Xatırladaq ki, daha əvvəl 62 polis əməkdaşının xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, ötən gün Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqqında" qanunun qəbul edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Etiraz aksiyaları zamanı 80-dən artıq etirazçı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti