...

Braziliyada koronavirusdan ölənlərin sayı 185 mini keçib

Dünya xəbərləri Materials 19 Dekabr 2020 08:47 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 185 mini keçib

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 52 544 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 162 978 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 823 nəfər ölüb, ölənlərin ümumi sayı 185 650 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti