...

Səudiyyə Ərəbistanı beynəlxalq hava əlaqəsini dayandırıb

Dünya xəbərləri Materials 21 Dekabr 2020 04:05 (UTC +04:00)
Səudiyyə Ərəbistanı beynəlxalq hava əlaqəsini dayandırıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanı bir neçə ölkədə koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar beynəlxalq hava əlaqəsini dayandırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Səhiyyə Nazirliyinin bir neçə ölkədə koronavirusun yeni ştammının yayılması barədə məlumatları əsasında hökumət xüsusi hallar istisna olmaqla bütün beynəlxalq uçuşları bu virusun təbiəti barədə məlumat aydınlaşana qədər və əhalinin təhlükəsizliyini təmin etmək üçün bir həftə müddətinə dayandırır".

Bildirilir ki, beynəlxalq uçuşların dayandırılmasının müddəti bir həftə uzadıla bilər. Bundan əlavə, quru keçidləri və dəniz limanları ilə də ölkəyə giriş müvəqqəti olaraq bağlanır. Ölkəyə qayıdan şəxslər iki həftə karantində qalmalıdırlar və koronavirus testindən keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti