...

Pakistanda terrorçuların hücumu nəticəsində yeddi hərbçi həlak olub

Dünya xəbərləri Materials 27 Dekabr 2020 20:17 (UTC +04:00)
Pakistanda terrorçuların hücumu nəticəsində yeddi hərbçi həlak olub

Bakı. Trend:

Pakistanın Bəlucistan vilayətində hərbiləşdirilmiş Sərhəd Korpusu postuna edilən terror hücumunda ən azı yeddi təhlükəsizlik xidməti əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkə ordusunun mətbuat-xidmətinə istinadən bildirib.

Məlumata əsasən, güc strukturları əməkdaşları ilə terrorçuların toqquşması ötən gün axşam baş verdi.

Gərgin atışmadan sonra hərbçilər silahlıların hücumunu dəf etməyə bacarıblar, bundan sonra ərazi mühasirəyə alınıb ​​və qaçan terrorçuları tutmaq üçün qaçış yolları bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti