...

İspaniyada pandemiya dövründə koronavirusdan 50 mindən artıq insan ölüb

Dünya xəbərləri Materials 29 Dekabr 2020 08:02 (UTC +04:00)
İspaniyada pandemiya dövründə koronavirusdan 50 mindən artıq insan ölüb

Bakı. Trend:

İspaniyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 50 min nəfəri ötüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, İspaniyada koronavirusdan 50 122 nəfər vəfat edib. Pandemiya dövründə ölkədə koronavirusa 1,8 milyondan artıq insan yoluxub.

Bildirilir ki, İspaniya koronavirusdan ölüm sayına görə Avropada dördüncü yerdə qərarlaşıb (İtaliyada koronavirusdan 72 min nəfər, Böyük Britaniyada 71 min nəfər, Fransada isə 63 min nəfər ölüb).

Digər Avropa ölkələrində olduğu kimi İspaniyada da dekabrın 27-si koronavirusa qarşı vaksinasiya başlayıb. Növbəti ilin iyun ayına qədər 47 milyon vətəndaşdan 15-20 milyonunun vaksinasiya olunacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti