...

ABŞ Konqresi Co Baydenin prezident seçkilərindəki qələbəsini təsdiq etdi

Dünya xəbərləri Materials 7 Yanvar 2021 12:47 (UTC +04:00)
ABŞ Konqresi Co Baydenin prezident seçkilərindəki qələbəsini təsdiq etdi

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ Konqresi hər iki palatanın birgə iclasında Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq edib.

Trend-in məlumatına görə, yeni seçilmiş prezident Co Bayden noyabrın 3-də keçirilmiş seçkilərdə 270-dən çox seçki kollegiyasının səsini qazanıb.

Konqresin palatalarının birgə iclası ötən gecə baş vermiş iğtişaşlardan sonra bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin andiçmə mərasimi yanvarın 20-ə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti