...

Rusiya və İran birgə təlimlər keçirəcək

Dünya xəbərləri Materials 15 Fevral 2021 11:37 (UTC +04:00)
Rusiya və İran birgə təlimlər keçirəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya və İran Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlimlər keçirəcək.

Trend-in məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, təlimlər fevralın 16-da başlayacaq.

"Dəniz təhlükəsizliyi kəməri" adı verilən təlimlər Hind okeanının şimal hissəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti