...

ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib

Dünya xəbərləri Materials 28 Fevral 2021 08:43 (UTC +04:00)
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib

Bakı. Trend:

ABŞ Qida və Dərmanlar keyfiyyəti məsələləri üzrə İdarəsi (FDA) "Janssen" şirkətinin yeni koronavirusa qarşı peyvəndinin qeydiyyatı barədə müraciətini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdində olan həmin qurumun açıqlamasında bildirilib.

Məlumata əsasən, "Janssen" şirkəti "Johnson&Johnson" korporasiyasına məxsusdur.

Bildirilib ki, peyvəndin fövqəladə hallarda istifadəsinin təsdiq edilməsi "Janssen" preparatının ABŞ-da 18 yaş və ya daha yuxarı insanların vaksinasiyası üçün tətbiq edilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti