Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyənin şimal-qərbindəki Bursa şəhərində tekstil fabrikində yanğın başlayıb.
Trend-in məlumatına görə, fabrikdəki xammalın yanması nəticəsində yanğının sahəsi böyüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.