...

NATO-nun Baş katibi Aİ-nin müstəqil silahlı qüvvələrinin yaradılmasına qarşı çıxıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2021 10:43 (UTC +04:00)
NATO-nun Baş katibi Aİ-nin müstəqil silahlı qüvvələrinin yaradılmasına qarşı çıxıb

Bakı. Trend:

Avropada ABŞ-dan müstəqil silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında parçalanmaya səbəb olacaq.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Baş katib bildirib: "Mən Avropanın əlavə müdafiə səylərini alqışlayıram, ancaq NATO-nu heç vaxt əvəz edə bilməz. Biz əmin olmalıyıq ki, Avropa və Şimali Amerika birləşəcək".

Onun fikrincə, "Şimali Amerika ilə Avropa arasındakı əlaqələri zəiflətmək üçün hər hansı bir cəhd NATO-nu zəiflətməklə yanaşı, Avropanı parçalayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti