...

Rusiyada 19 məktəbdə karantin tətbiq olunub

Dünya xəbərləri Materials 11 Sentyabr 2021 12:23 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Orenburq şəhərində 19 məktəbdə siniflər koronavirusla əlaqədar karantinə bağlanıb.

Trend-in məlumatına görə, hər məktəbdə bir sinifin bağlandığı bildirilir.

Həmin siniflərdə təhsil alan şagirdlər onlayn qaydada dərslərini davam etdirəcəklər.

Bundan başqa, Orenburqda uşaq bağçalarında ümumilikdə 8 qrup karantinə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti