Bakı. Trend:
"Lukoyl" neft şirkəti Rusiyanın ən böyük özəl şirkətlərinin reytinqində liderliyini qoruyub.
Trend-in məlumatına görə, bu barədə "Forbes" nəşri tərəfindən tərtib edilən Rusiyanın ən iri özəl şirkətlərinin reytinqində deyilir.
Məlumata əsasən, 2020-ci il ərzində "Lukoyl"un gəliri 5639 milyard rubl təşkil edib, bu isə ötən daha öncəki il ilə müqayisədə 28 faiz azdır. Şirkətin əməkdaşlarının sayı 108 min nəfər təşkil edir.
Reytinqdə ikinci yeri 1978 milyard rubl gəlirlə "X5 Retail Group", üçüncü yerdə 1553,8 milyard rubl gəlirlə "Maqnit", dördüncü yerdə 1124,2 milyard rubl gəlirlə "Norilsk nikel", beşinci yerdə isə 1 075 milyard rubl gəlirlə "Surqutneftqaz" şirkəti qərarlaşıb.