...

İranda 5,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 07:20 (UTC +04:00)

Bakı. Trend:

İranın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Şexre-Kord şəhərindən 106 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti