...

Crew Dragon-3 kosmik gəmisi BKS-lə birləşib

Dünya xəbərləri Materials 12 Noyabr 2021 05:57 (UTC +04:00)
Crew Dragon-3 kosmik gəmisi BKS-lə birləşib

Bakı. Trend:

SpaceX-in göyərtəsində dörd astronavt olan Crew Dragon-3 kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasıyla (BKS) birləşib.

Trend xəbər verir ki, proses ABŞ Milli Aeronavtika və Kosmik agentliyinin (NASA) saytında canlı yayımlanıb.

Ekipaja amerikalı astronavtlar Raca Çari, Tom Marşbern və Kayla Barron daxildir. Crew Dragon-un göyərtəsində Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Mattias Maurer də var. Onlar orbitdə təxminən altı ay qalmalı olacaqlar.

Avtomatik rejimdə baş tutan birləşmə təxminən 03:32-də yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti