...

Naməlum peykin qalıqları Beynəlxalq Kosmik Stansiyanın yaxınlığından keçib

Dünya xəbərləri Materials 15 Noyabr 2021 17:24 (UTC +04:00)
Naməlum peykin qalıqları Beynəlxalq Kosmik Stansiyanın yaxınlığından keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Kosmik fəzada naməlum peykin qalıqları Beynəlxalq Kosmik Stansiyanın (BKS) yaxınlığından keçərək təhlükə törədib.

Trend-in məlumatına görə, qalıqlarn yaxınlaşması ilə əlaqədar stansiyada olan rusiyalı və amerikalı kosmonavtlara müvafiq seqmentlərdə gizlənmək tapşırığı verilib.

Peykin qalıqları iki saat ərzində iki dəfə stansiyasının yanından keçib. Bir müddətdən sonra kosmonavtlar normal iş rejimini bərpa edib.

Qeyd edək ki, noyabrın 10-da BKS Çinin 2007-ci ildə sıradan çıxarılmış peykinin qalıqları ilə toqquşmamaq üçün manevr etməli olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti