...

Beynəlxalq Kosmik Stansiya təhlükə ilə üzləşib

Dünya xəbərləri Materials 25 Noyabr 2021 11:46 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

"SpaceX" şirkətinə "Falcon 9" raketinin qalıqları Beynəlxalq Kosmik Stansiyanın (BKS) 5 kilometr yaxınlığından keçib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Roskosmos" şirkəti bildirib.

Qeyd olunub ki, qalıqlar stansiyanın işinə hər hansı təsir göstərməyib. BKS-in təhlükəsizlik manevri etməsi üçün zərurət yaranmayıb.

Həmin qalıqların 2019-cu ildə buraxılmış "Falcon 9" raketinə aid olduğu müəyyən edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl BKS-in yaxınlığından naməlum peykin qalıqları keçmişdi. Bununla əlaqədar stansiyada olan amerikalı və rusiyalı kosmonavtlar öz seqmentlərində gizlənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti