...

Türkiyədə saxta spirtli içki istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat keçirilir

Dünya xəbərləri Materials 27 Dekabr 2021 20:49 (UTC +04:00)
Türkiyədə saxta spirtli içki istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat keçirilir

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Daxili İşlər Nazirliyi jandarm qüvvələri ilə birlikdə ölkənin 81 vilayətində saxta spirtli içki istehsalçılarına qarşı genişmiqyaslı əməliyyat keçirir.

Trend-in məlumatına görə, "Alkoqol əməliyyatı" çərçivəsində 23 mindən çox ünvanda axtarışlar aparılır.

Bütün ölkə ərazisində eyni anda aparılan əməliyyata polis və jandarmın 20 mindən çox əməkdaşı qatılıb.

Əməliyyatın digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Türkiyədə təkcə dekabr ayı ərzində 21 vilayətdə 80-ə yaxın şəxs spirtli içkidən zəhərlənərək həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti