...

ABŞ-da kimyəvi zavodda partlayış baş verib

Dünya xəbərləri Materials 27 Yanvar 2022 06:54 (UTC +04:00)
ABŞ-da kimyəvi zavodda partlayış baş verib

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatının Westlake şəhərində kimya zavodunda partlayış baş verib.

Trend yerli mətbuata istinadən xəbər verir ki, hadisə Westlake şəhərinin cənubunda baş verib. Qeyd olunur ki, partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb.

İlkin məlumata görə, zavodda etilendixlorid çəni partlayıb.

Bildirilir ki, hadisə nəticəsində səmada hər-hansı zəhərli maddələrdən ibarət bulud müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti