Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada son sutka ərzində 203 766 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, ölkədə ikinci gün ard-arda gündəlik yoluxma sayı 200 min nəfəri ötüb.
Əvvəlki gün 203 949 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,93 milyonu ötüb.
Eyni zamanda, son sutkada 729 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 722 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 339 542 nəfərə çatıb.