...

Aİ, NATO və ABŞ liderləri Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar

Dünya xəbərləri Materials 19 Fevral 2022 02:59 (UTC +04:00)
Aİ, NATO və ABŞ liderləri Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar

Bakı. Trend:

Aİ, NATO və ABŞ liderləri telefon danışığı keçiriblər və "narahatedici xəbərlər fonunda" Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində Avropa Şurasının rəhbəri Şarl Mişel yazıb.

"ABŞ və transatlantik liderlərlə telefon danışığında Rusiya və Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub. Həyəcanverici xəbərlər fonunda gərginliyin dərhal azaldılmasına çağırış edilib. Aİ diplomatiyaya sadiqdir və Ukraynaya dəstək baxımından birdir", - deyə Ş.Mişel yazıb.

Eyni zamanda telefon danışığı barədə NATO-nun baş katibi Yens Stoltenberq də məlumat verib. "Ukraynada və onun ətrafında davam edən təhlükəsizlik böhranı ilə bağlı Co Bayden və transatlantik liderlərlə yaxşı telefon danışığımız oldu", - deyə NATO-nun baş katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti