...

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb

Dünya xəbərləri Materials 21 Fevral 2022 08:45 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

"2022-ci il fevralın 19-da Baş Prokurorluq keçmiş müdafiə naziri Bektanov Murat Karibayeviçə qarşı xidmətdə hərəkətsizlik faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlayıb", - deyə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, sözügedən cinayəti törətməkdə şübhəli bilinən M.Bektanov 2022-ci il fevralın 20-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

"Digər məlumatlar istintaqın maraqları çərçivəsində açıqlana bilməz", - deyə Baş Prokurorluqdan əlavə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti