Bakı. Trend:
Fransada ötən sutka koronavirusa 150 minə yaxın yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin ictimai səhiyyə agentliyindən bildiriblər.
"Sutka ərzində ölkədə 148,6 mindən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb", - deyə agentlikdən bildirilib. Yoluxma səviyyəsi 100 000 nəfər 1 025 yoluxma halına qədər yüksəlib. Bu rəqəmlər ötən həftənin göstəricilərindən çoxdur. Martın 15-də Fransada təxminən 116 min yoluxma halı qeydə alınıb və hər 100 min nəfərə 679 yoluxma halı təşkil edib.
Martın 24-nə olan məlumata görə, ölkədə 141 mindən çox fransız koronavirusdan dünyasını dəyişib. Həftə ərzində ölənlərin sayı 612 olub.