...

Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Dünya xəbərləri Materials 25 Mart 2022 14:20 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Kosmik Stansiyada (BKS) 3D bioprinter vasitəsilə koronavirus zülalının kristallarının yetişdirilməsi prosesi başlayıb.

Trend-in məlumatına görə, bu eksperimenti rusiyalı kosmonavt Denis Matveyev həyata keçirir. Hazırda stansiyada zülalın kristallaşması aparılır.

Qeyd olunur ki, eksperimentin keçirilməsində əsas məqsəd koronavirusun insan hüceyrələrinə yoluxmasına yol açan zülal tərkibinin təhlili və bunun orqanizmə daxil olmasının mexanizmlərinin araşdırılmasıdır.

Koronavirusun RBD zülalının BKS-də yetişdirilməsindən sonra nümunə Yerə göndəriləcək və laboratoriyada bir neçə ay müddətində araşdırma aparılacaq.

BKS-də keçirilən eksperimentin kosmonavtlar üçün heç bir təhlükə törətmədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti