...

Belçika limanlarını Rusiya gəmilərin üzünə bağlayıb

Dünya xəbərləri Materials 17 Aprel 2022 23:26 (UTC +04:00)
Belçika limanlarını Rusiya gəmilərin üzünə bağlayıb

Bakı. Trend:

Aprelin 17-dən Rusiya bayrağı altında üzən gəmilərin Belçika limanlarına girişinə qadağa qüvvəyə minir.

Trend xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Aİ-nin beşinci sanksiya paketi çərçivəsində bu tədbir Antverpen, Zeebrugge və Gent limanlarında 6 minə yaxın Rusiya gəmisinə və ya rus icarəçiləri tərəfindən icarəyə götürülmüş gəmilərə çamil ediləcək.

Bununla belə, RTBF bildirir ki, Avropada sanksiyalarla bağlı qaydalar konkret limanın cavabdeh olduğu xüsusi icazə əsasında Aİ limanlarına buraxılacaq bir sıra gəmilər üçün istisnalar nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti