...

Fransa XİN ekstremistlərin Sinay yarımadasında hücumunu pisləyib

Dünya xəbərləri Materials 9 May 2022 01:12 (UTC +04:00)
Fransa XİN ekstremistlərin Sinay yarımadasında hücumunu pisləyib

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyi ekstremistlərin Süveyş kanalı yaxınlığındakı obyekti mühafizə edən Misir əsgərlərinə hücumunu pisləyib.

Trend xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin bazar günü yaydığı kommünikedə bildirilir.

"Mayın 7-də Sinayda 11 Misir əsgərinin ölümü ilə nəticələnən terror aktını şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", - sənəddə deyilir.

Xatırladaq ki, şənbə günü bir qrup ekstremist Süveyş kanalının şərqindəki su stansiyasına hücum edib. Obyekti qoruyan hərbçilər onlarla döyüşə girərək hücumu dəf ediblər, nəticədə 1 zabit və 10 əsgər həlak olub, daha 5 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti