Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Böyük Britaniyanın Müdafiə Qərargah rəisi, admiral Toni Radakin ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Məlumata əsasən, Baş Qərargah rəisləri regionda və beynəlxalq arenada cərəyan edən proseslərə dair fikir mübadiləsi aparıblar.