...

ABŞ-da festivalda açılan atəş nəticəsində ölən və yaralananlar var

Dünya xəbərləri Materials 30 May 2022 03:14 (UTC +04:00)
ABŞ-da festivalda açılan atəş nəticəsində ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festival zamanı açılan atəş nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerli vaxtla bazar günü səhər saatlarında Taft şəhəriciyinin "Qədim şəhər" meydanında baş verib.

Ştatın təhqiqatlar bürosunun məlumata görə, yaralılar arasında iki azyaşlı var. Ölən kimliyi və yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisəni törətməkdə şübhəsi ilə hələlik saxlanılan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti