Bakı. Trend:
Meksikanın Quanaxuato ştatında naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 6 nəfər ölüb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Bildirilir ki, hadisə yerli vaxtla saat 20:00 radələrində Salamanka şəhərində baş verib. Naməlum şəxslər ibtidai məktəbin yaxınlığında insanlara atəş açıb.
İki qadın və dörd kişi hadisə yerində ölüb, onların şəxsiyyəti müəyyənləşdirilir. Polis gələnə qədər atəş açan şəxslər hadisə yerindən qaçıblar.
Polis və milli qvardiya insidentin baş verdiyi ərazini mühasirəyə alıb.
Prokurorluq cinayətin baş vermə şəraitini və motivlərini araşdırmağa başlayıb.