...

Yaponiyada hava limanında robot polislər işə salınıb (FOTO)

Dünya xəbərləri Materials 13 İyun 2022 15:47 (UTC +04:00)
Yaponiyada hava limanında robot polislər işə salınıb (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda yerləşən Narita hava limanında robot polislər işə salınıb.

Trend-in məlumatına görə, süni intellektlə təchiz olunmuş robotların xarici görünüşü 1,2 metr hündürlüyündə nəqliyyat vasitəsinə bəznəyir.

Qeyd olunur ki, həmin robotlar kameraların qeydə aldığı görüntüləri dərhal təhlil etmək imkanına malikdir.

Robot polislər hava limanında nizam-intizama nəzarət etməklə yanaşı, itmiş və ya şübhəli əşyaların axtarışlarını aparacaq.

Daha əvvəl buna bənzər robot polislər Tokioda keçirilmiş Yay Olumpiya oyunları zamanı Tokio hava limanında istifadə olunsa da, həmin robotlar süni intellektlə təchiz olunmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti