...

Türkiyədə fabrik yanır, xəsarət alanlar var (FOTO)

Dünya xəbərləri Materials 13 İyun 2022 16:12 (UTC +04:00)
Türkiyədə fabrik yanır, xəsarət alanlar var (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Diyarbəkir şəhərində kosmetika məhsulları fabrikində güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə şəhərin sənaye bölgəsində qeydə alınıb.

Yanğın nəticəsində azı 10 nəfərin xəsarət aldığı deyilir. Tüstüdən zəhərlənən və xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım briqadaları cəlb olunub. Yanğınla mübaizə davam edir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti