...

BKS fəzada kosmik tullantı ilə toqquşma təhlükəsi ilə üzləşib

Dünya xəbərləri Materials 17 İyun 2022 04:22 (UTC +04:00)
BKS fəzada kosmik tullantı ilə toqquşma təhlükəsi ilə üzləşib

Bakı. Trend:

Kosmik tullantı ilə toqquşma təhlükəsi səbəbindən Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbiti planlaşdırılmamış şəkildə tənzimlənib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın kosmik agentliyi məlumat yayıb.

Qeyd olunur ki, stansiyanın köhnə "Kosmos-1408" peykinin fraqmenti ilə kosmik miqyasda təhlükəli hesab edilən 285 metr məsafədə yaxınlaşmağı proqnozlaşdırılıb.

Bu səbəbdən, BKS-in hərəkət trayektoriyasına düzəliş edilib və onun uçuş hündürlüyü 890 metr artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti