...

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Konqresə məktub göndərib

Dünya xəbərləri Materials 2 İyul 2022 23:56 (UTC +04:00)
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Konqresə məktub göndərib

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı ABŞ Konqresinin bəzi komitələrinə məktub göndərib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

Finlandiyanın NATO-ya daxil olması ilə bağlı ABŞ Konqresinin bəzi komitələrinə də analoji məktub göndərilib.

Prosedura əsasən, Konqres alyansa yeni üzvlərin qəbulu barədə qərarı ratifikasiya etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti