...

Rusiyada kimyəvi maddə daşıyan qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 7 İyul 2022 18:06 (UTC +04:00)
Rusiyada kimyəvi maddə daşıyan qatar relsdən çıxıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kirov vilayətində kalium xlorid daşıyan yük qatarı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində qatarın beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Kimyəvi maddə sızması qeydə alınmayıb.

Qəza ilə əlaqədar bölgədə qatarların hərəkəti dayandırılıb. Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti