...

Türkiyədə yeni ağıllı və sürətli enerji qurğuları istifadəyə veriləcək

Dünya xəbərləri Materials 18 İyul 2022 12:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş." (TOGG) şirkətinin yeni ağıllı və sürətli enerji doldurma qurğuları (TRUGO) markası ölkədə bütün elektrikli avtomobil istifadəçilərinə xidmət göstərəcək.

TurkicWorld-un məlumatına görə, şirkət Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) enerji doldurma şəbəkəsi operatoru lisenziyası alıb.

Məlumata görə, 2023-cü ilin ortalarına qədər şirkət 81 vilayətdə 600-dən çox nöqtədə 1000 sürətli enerji doldurma qurğuları quraşdıracaq.

Qeyd edək ki, hazırda Türkiyənin 269 bölgəsində Eşarj şirkətinə məxsus 258-i sürətli enerji doldurma qurğusu olmaqla 496 qurğu fəaliyyət göstərir.

Şirkətin başlatdığı "Elektrikli Avtomobillər üçün Sürətli Doldurma Stansiyaları Proqramı" çərçivəsində Türkiyənin 53 vilayətində 495 yüksək sürətli enerji doldurma qurğusu qurulacaq.

Eşarj stansiya şəbəkəsinə təxminən 300 milyon lirə sərmayə qoyulacaq.

Türkiyədə enerji doldurma qurğularının sayının 2023-cü ildə 54 minə, 2030-cu ildə 1,1 milyona, 2040-cı ildə isə 4,8 milyona çatacağı təxmin edilir.

2022-ci ilin əvvəlindən ölkədə elektrik avtomobilindən istifadə edənlərin sayı on mini ötüb. 2023-cü ildə bu rəqəmin 20 minə çatacağı gözlənilir.

Elektrik avtomobillərinin bazar pay 2022-ci ilin yanvar-iyun aylarında 0,8 faiz olub, 2023-cü ilin sonunda bu rəqəmin 1 faizi keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti