...

Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edir

Dünya xəbərləri Materials 26 İyul 2022 16:00 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək.

Trend-in məlumatına görə, bunu "Roskosmos" şirkətinin rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı elan edib.

O bildirib ki, bu müddətdən sonra Rusiya özünün orbital stansiyasını işə salmağı nəzərdə tutur. 2024-cü ilədək rusiyalı kosmonavtlar BKS-də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya ABŞ Aerokosmik Agentliyi (NASA), "Roskomos", Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya ilə Kanadanın kosmik agentlikləri tərəfindən idarə olunur. Stansiyada 2001-ci ildən daimi əsasda kosmonavtlar fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti