...

Böyük Britaniyada son 30 ilin ən böyük tətili: qatarların 80%-i ləğv edilib

Dünya xəbərləri Materials 19 Avqust 2022 07:24 (UTC +04:00)
Böyük Britaniyada son 30 ilin ən böyük tətili: qatarların 80%-i ləğv edilib

Bakı. Trend:

Böyük Britaniyada qatarların 80%-i ləğv edilib. Londonun bütün əsas stansiyaları da daxil olmaqla, krallığın əksər dəmir yollarına xidmət göstərən şirkətin həmkarlar ittifaqları tətilə başlayıb.

Trend xəbər verir ki, dəmiryolçuların əsas tələbi maaşların artırılmasıdır. Onların fikrincə, enerji böhranı və kəskin inflyasiyadan əvvəl də maaşlar yetərli deyildi.

"Görünür, biz Britaniya xalqı arasında həmrəylik ruhunu oyatmışıq. Biz böyük dəstəklə qarşılaşdıq, insanlar kollektiv fəaliyyət, tətillər və işçi həmrəyliyi ideyalarına qayıdırlar", - həmkarlar ittifaqının baş katibi Mik Linç bildirib.

On minlərlə sərnişin təyinat yerinə çata bilməyib və ya çox gecikib. Britaniyalılardan gələn həftəyə qədər çox zərurət olmadıqda səfərlər planlaşdırmamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti