Bakı. Trend:
Gələn il "Böyük Yeddilik" (G7) ölkələrinə sədrlik edəcək Yaponiyanın hakimiyyət orqanları bu qurumun xarici işlər nazirlərinin görüşünü Naqano prefekturasının dağlarında yerləşən Karuizava kurort şəhərində keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, tədbir mayda Hiroşima keçiriləcək G7 liderlərinin sammitindən qabaq, 2023-cü ilin aprelində keçiriləcək
Bildirilir ki, diplomatik idarələrin rəhbərlərinin görüşünün əvvəlcə Narada keçirilməsi nəzərdə tutulurdu. Lakin cari ilin iyulunda sabiq Baş nazir Şinzo Abe bu şəhərdə qətlə yetirildikdən sonra təhlükəsizlik baxımından həmin plandan imtina edilib.