...

Türkiyədə fabrik yanıb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 12 Sentyabr 2022 15:31 (UTC +04:00)
Türkiyədə fabrik yanıb, xəsarət alanlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənub-şərqindəki Qaziantep şəhərində xalça fabrikində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 işçi xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd olunur ki, yanğının qarşısını iki saatdan sonra almaq mümkün olub. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Qaziantepdə ötən həftə daha bir fabrikdə partlayış baş vermiş, nəticədə iki nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti