Bakı. Trend:
Rusiyanın Qazaxıstanla sərhədində səyyar səfərbərlik məntəqəsi işə salınacaq.
Trend-in məlumatına görə, bu barədə Həştərxan vilayət qubernatorunun mətbuat xidməti bildirib.
Qeyd olunub ki, məntəqədə yaxın günlərdə çağırış vərəqələri verilməyə başlayacaq.
Hazırda Həştərxan vilayətində Qazaxıstanla sərhəddə böyük izdiham qeydə alınır.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Gürcüstanla sərhədində səyyar səfərbərlik məntəqəsi işə başlayıb.