...

Türkiyə limanlarına 10 milyon tona yaxın kənd təsərüfatı məhsulları və mal-qara daşınıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2022 12:29 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust ayında Türkiyə limanları 9 milyon 449 min 382 ton kənd təsərüfatı məhsulları və mal-qara qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili kənd təsərüfatı məhsulları və mal-qara qəbulu 260 min 476 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə kənd təsərüfatı məhsulları və mal-qara daşınması 9 milyon 118 min 906 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-avqust ayında Türkiyə limanlarından transit yolu ilə 66 min 40 ton kənd təsərüfatı məhsulları və mal-qara daşınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti