...

BVF Ukraynaya 1,3 milyard dollar ayırıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 01:51 (UTC +04:00)
BVF Ukraynaya 1,3 milyard dollar ayırıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya 1,3 milyard dollara yaxın vəsaitin ayrılmasını dəstəkləyib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Twitter" səhifəsində yazıb.

"BVF-nin İcraiyyə Şurası "Rapid Financing Instrument" çərçivəsində Ukraynaya 1,3 milyard dollara yaxın vəsaitin ayrılmasını dəstəkləyib. Vəsait bu gün Ukraynaya gedəcək", - deyə V.Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti