...

Ərdoğan Qətərdə Misir prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 20 Noyabr 2022 21:21 (UTC +04:00)
Ərdoğan Qətərdə Misir prezidenti ilə görüşüb

Bakı. Trend:

Qətərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş baş tutub. Ayaqüstü salamlaşan dövlət başçıları əl tutub söhbət ediblər.

Trend "Anadolu"ya istinadla xəbər verir ki, görüş noyabrın 20-də Qətərin Əl-Xor şəhərindəki “Əl Bayt” stadionunda futbol üzrə XXII dünya çempionatının açılışında baş tutub.

Agentlik Türkiyə Prezidentinin digər dövlət və hökumət başçıları, eləcə də Misir rəhbəri ilə səmimi görüşlərinə dair fotolar yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti