Bakı. Trend:
Sakit Okean Alyansına daxil olan ölkələrin prezidentlərinin görüşü tezliklə Peruda keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Meksika Xarici İşlər Nazirliyi regional birlikdə iştirak edən dövlətlərin Nazirlər Şurasının Mexiko şəhərində keçirilən iclasından sonra bildirib.
"Liderlər sammiti tezliklə Peruda keçiriləcək," - deyə qeyd olunub. Meksikanın xarici işlər naziri Marselo Ebrardın sözlərinə görə, forumun keçirilmə tarixi yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, Kolumbiya, Meksika, Peru və Çilinin daxil olduğu sammıt bu həftə Mexikoda keçirilməli idi, lakin Peru parlamentinin prezident Pedro Kastilyonun ölkəni tərk etməsinə icazə vermədiyi üçün təxirə salınmışdı.